Bakıda fəaliyyət göstərən onlayn elektronika mağazamıza xoş gəlmisiniz — ən yaxşı qiymətlər və keyfiyyət zəmanəti!
Məhsul Təklifləri

POSFY.STORE-dən alınmış məhsulların geri qaytarılması Azərbaycan Respublikası İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən həyata keçirilir. Biz müştərilərimizin məmnuniyyətinə böyük önəm veririk və hər zaman şəffaf, ədalətli və rahat qaytarma prosesi təqdim etməyə çalışırıq.

Geri qaytarma halları:

  1. Müştəri məhsulu bəyənmədikdə:
    Məhsul bağlı qutuda, istifadə olunmayıbsa və bütün sənədləri saxlanılıbsa, geri qaytarıla və ya dəyişdirilə bilər.
    (Qanun: Maddə 15)

  2. Qüsurlu avadanlıq:
    Zavod defekti aşkarlandığı halda 14 gün ərzində geri qaytarılır və ya dəyişdirilir. Sonradan aşkarlanan qüsurlar servis mərkəzində təmir edilir.
    (Qanun: Maddə 7)

  3. Müştəriyə uyğun olmayan avadanlıq:
    Məhsul müştərinin tələblərinə uyğun deyil və ya düzgün məlumat verilməyibsə, POSFY.STORE məsuliyyət daşımır.
    (Qanun: Maddə 5)

Ümumi şərtlər:

  • Məhsullar original qutuda və bütün aksessuarlarla qaytarılmalıdır.

  • Geri qaytarma üçün kassa qəbzi tələb olunur.

  • Proses 3-7 iş günü ərzində həyata keçirilir.

  • Daşınma xərcləri əsasən müştəri tərəfindən ödənilir, istisnalar (qüsurlu məhsul) POSFY.STORE tərəfindən ödənilir.